Azərbaycanın meşə fındığı ixracından gəlirləri 53%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 82 milyon ABŞ
dolları dəyərində meşə fındığı ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust sayına
istinadən xəbər verir.

Məlumata görə, meşə fındığının ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 28,5 milyon ABŞ dolları və ya 53,3% artıb.




Belə ki, ötən ilin ilk yeddi ayında Azərbaycandan 53,5 milyon
ABŞ dolları dəyərində meşə fındığı ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 11,4% artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.