
Bakı. Trend:
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında
dünya çempionatı keçirilir.
Trend xəbər
verir ki, bu gün daha 2 cüdoçumuz mübarizəyə qoşulacaq.
Oğlanların mübarizəsində Məhəmməd Ağakişiyev (73 kq) 1/16
finalda Yeso Samsiani (Gürcüstan) – Atxan Biçoyev (IJF) cütünün
qalibi ilə qarşılaşacaq.
Qızların yarışında isə Səmayə Yusifli (57 kq) 1/16 finalda
Nonoka Yamakava (Yaponiya) ilə münasibətlərinə aydınlıq
gətirəcək.
Xatırladaq ki, buna qədər mundialda Zeyd Ələsgərov (60 kq) və
Anar Quliyev (50 kq) bürünc medal qazanıblar.