Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 30 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit
qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 30,257 milyard
manat təşkil edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə
iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən
26,1 milyon manat və ya 0,1%, 2024-cü ilin avqustun 1-nə nisbətən
isə 3 milyard manat və ya 11% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,4 milyard manatı dövlət
banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 49 milyon manat
və ya 0,6% azalma, illik müqayisədə isə 763,7 milyon manat və ya
11,5% artım deməkdir.




Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 21,098
milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin iyulun
1-nə olan göstərici ilə müqayisədə 75,1 milyon manat və ya 0,3%,
ötən illin avqustun 1-nə olan göstəriciyə nisbətən isə 2,040
milyard manat və ya 10,7% çoxdur.

Bundan başqa, bu ilin avqustun 1-nə ölkə iqtisadiyyatına kredit
qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,759
milyard manat olub ki, bu da, aylıq müqayisədə dəyişməz qalıb, ötən
ilin eyni dövrü ilə müqayisədə isə 185,9 milyon manat və ya 11,8%
artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit
qoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindən
kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,7%-ni, bank olmayan
kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit
qoyuluşunun 5,8%-ni təşkil edib.