Birinci Qarabağ müharibəsində itkin düşən Füzuli sakinlərinin sayı bilindi (FOTO)

Baş səhifə

Füzuli.Trend:

Füzuli rayonu üzrə itkin kimi ümumilikdə 136 nəfər qeydiyyata
alınıb. Onların hələlik 10 nəfərinin kimliyi məlum olub.

Trend-in
məlumatına görə, Birinci Qarabağ müharibəsi zamanı döyüşün qızğın
getdiyi bölgələrdən biri Füzuli rayonu olub. Atəşkəs dövrünə qədər
136 nəfər Füzuli rayon sakini itkin düşmüş kimi qeydiyyata
alınıb.




Belə ki, onlardan 87 nəfəri hərbçi, 49 nəfəri isə mülki şəxsdir.
44 günlük Vətən müharibəsindən sonra, 10 nəfərin şəxsiyyəti
müəyyənləşdirilərək ailə üzvlərinə təhvil verilib. Onlardan altısı
hərbçi, dördü isə mülki şəxsdir.

Qeyd edək ki, əsir və itkin düşmüş şəxslərin müəyyən edilməsi
istiqamətində işlər davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir