Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit
qoyuluşlarının həcmi 509,531 milyon manat təşkil edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ayla müqayisədə 9,5 milyon
manat və ya 1,9%, ötən ilin eyni dövrünə nisbətən isə 53,090 milyon
manat və ya 11,6% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının
orta faiz dərəcəsi 19,60%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 508,326 milyon manatı
milli valyutada, 1,205 milyon manatı isə sərbəst dönərli valyutada
(SDV) yerləşdirilib.




Eyni zamanda, bu ilin avqustun 1-nə Şərqi Zəngəzur iqtisadi
rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə
1,1 milyon manat və ya 9,5% artaraq, 12,933 milyon manata bərabər
olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 17,87%
təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 12,236
milyon manatı milli valyutada, 697 min manatı isə sərbəst dönərli
valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin avqustun 1-nə Azərbaycanın cəmi
regionları üzrə kredit qoyuluşlarının həcmi 28,498 milyard manata
bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 26,038 milyon
manat və ya 0,1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,803
milyard manat və ya 10,9% çoxdur.