Vətəndaşın saxta sənədlə hərbi xidmətdən möhlət almasına kömək edən şəxs cərimələnib

Baş səhifə

Bakı.Trend:

İmişlidə vətəndaşın saxta sənədlə hərbi xidmətdən möhlət
almasına kömək edən şəxs cərimələnib.

Trend xəbər
verir ki, hadisə 2023-cü ildə baş verib.




Belə ki, təqsirləndirilən şəxs İmişli rayon icra hakiminin
Ölcələr kənd inzibati ərazi nümayəndəsinin müavini olduğu zaman
2004-cü il təvəllüdlü şəxsin hərbi çağırışdan möhlət ala bilməsi
üçün Rusiya Federasiyasının Yessentuki İdarəetmə, Biznes və Hüquq
İnstitutunda tələbə olması ilə bağlı saxta sənəd alıb. O bu yolla
şəxsin 2027-ci ilə qədər hərbi xidmətdən möhlət almasına nail
olub.

İmişli rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1000
(bir min) manat məbləğində cərimə cəzasına məhkum edilib.