Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul
keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin
nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.

Trend
xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Bildirilib ki, şagirdlər qəbul nəticələri ilə elektron hökumət
portalı –
sy.edu.az
platforması üzərindən “İmtahanlar” bölməsindən tanış
ola bilərlər. Qəbul olan şagirdlər üçün sorğular mərhələli şəkildə
yaradılır. Hər bir şagird şəxsi kabinetində “Sorğularım”
bölməsindən müvafiq məlumatları izləyə bilər.

Qəbul olan şagirdlərin sənədlərinin (şəxsi işlərinin) 2 sentyabr
saat 16:00-dək qəbul olduqları təhsil müəssisəsinə təqdim edilməsi
tələb olunur. Bu gündən başlayaraq qeyd olunan tarixədək sənədləri
təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul
nəticələri etibarsız hesab ediləcək. Əlavə sual yaranarsa, 146-2
ilə əlaqə saxlaya bilərsiniz.




Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ
keçirilməyəcək.

Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola
bilərsiniz:


LGQ _ II tur _ minimum ballar