Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub

Baş səhifə

Bakı. Trend:

29 avqust tarixində ölkə üzrə 29 imtahan mərkəzində məktəbəqədər
təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə
müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Trend xəbər verir ki, bu barədə İnsan Resursları
Mərkəzi məlumat yayıb.




Qeyd edək ki, Şəki şəhəri 11 nömrəli imtahan mərkəzində texniki
problem yarandığından tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə
müsabiqənin test imtahanı mərhələsinin həmin mərkəzdə təşkili
mümkün olmayıb. Sözügedən mərkəz üzrə test imtahanı növbəti tarixə
keçirilib. Növbəti imtahanın tarixi barədə məlumat müvafiq imtahan
mərkəzində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə
göndəriləcək.