
Bakı. Trend:
Cari ilin avqustun 1-nə olan məlumata görə, Qarabağ iqtisadi
rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 95,835 milyon manat
olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 2,7 milyon
manat və ya 2,8% az, 2024-cü ilin avqustun 1-nə olan göstərici ilə
müqayisədə isə 12,9 milyon manat və ya 15,6% çoxdur.
Eyni zamanda, 2025-ci ilin avqustun 1-nə Şərqi Zəngəzur iqtisadi
rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 778 min manat olub
ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 49 min manat,
yaxud 8,2% çoxdur.
Qeyd edək ki, bu ilin avqustun 1-nə Azərbaycanda regionlar üzrə
cəlb olunmuş əmanətlərin həcmi 15,456 milyard manat təşkil edib ki,
bu da əvvəlki ayla müqayisədə 19,087 milyon manat, yaxud 0,1%,
2024-cü ilin avqustun 1-nə olan göstərici ilə müqayisədə isə 1,5
milyard milyon manat və ya 10,7% çoxdur.