
Bakı. Trend:
Türkiyə milli komandasının DÇ-2026-nın seçmə mərhələsində
Gürcüstan və İspaniya yığmalarına qarşı keçiriləcək oyunlar üçün
heyəti müəyyənləşib.
Trend xəbər
verir ki, yığmanın baş məşqçisi Vinçenso Montella 28 futbolçuya
dəvət göndərib .
Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə),
Berke Özer (“Lill”, Fransa ), Mert Günok (“Beşiktaş”), Uğurcan
Çakır (“Trabzonspor”)
Müdafiəçilər: Abdülkərim Bardakçı, Eren Elmalı ( hər ikisi
“Qalatasaray”), Çağlar Söyüncü, Yusuf Akçiçək, Mərt Müldür ( hamısı
“Fənərbağça”), Fərdi Kadıoğlu (“Brayton”, İngiltərə), Merih Demiral
(“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Samət Akaydın (“Rizəspor”), Zeki
Çelik (“Roma”, İtaliya)
Yarımmüdafiəçilər: Orkun Kökçü, Dəmir Ege Tıknaz (“Beşiktaş”),
Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İsmail Yüksək (“Fənərbağça”),
Kaan Ayhan, Yunus Akgün (“Qalatasaray”), Salih Özcan (“Borussiya
Durtmund”, Almaniya), Arda Gülər (“Real Madrid”, İspaniya), İrfan
Can Kahvəçi, Oğuz Aydın (“Fənərbağça”), Kənan Yıldız (“Yuventus”,
İtaliya), Kərəm Aktürkoğlu (“Benfika”, Portuqaliya)
Hücumçular: Barış Alpər Yılmaz (“Galatasaray”), Can Uzun
(“Ayntraxt”, Almaniya), Dəniz Gül (“Ştuttqart”, Almaniya).
Qeyd edək ki, Türkiyə milli komandası sentyabrın 4-də səfərdə
Gürcüstan, 7-də isə evdə İspaniya seçməsi ilə qarşılaşacaq.