
Bakı. Trend:
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, avqustun 30-da şimal-qərb küləyi gündüz
cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub
çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti
olacaq.