Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi uşaqların vəziyyəti açıqlandı

Baş səhifə

Bakı. Trend:

2023-cü il təvəllüdlü azyaşlının (kişi cinsli) müalicəsi
Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya,
reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, müştərək travma, qapalı kəllə-beyin travması, sol
beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin
çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilən pasiyentin
üzərində subdural hematomanın boşaldılması, dekompressiv
kraniotomiya əməliyyatı icra olunub. Hazırda süni tənəffüs dəstəyi
alan azyaşlının vəziyyəti ağırdır.




“Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq
həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü
azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, 2023-cü il təvəllüdlü azyaşlı 27.08.2025-ci il
tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon
Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya
olunub. Zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi
xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə
edilib”,- deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir