“Çelsi” Alexandro Qarnaçonun keçidini yekunlaşdırıb

Baş səhifə

Bakı.Trend:

“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço Premyer
Liqada klubunu dəyişəcək.

Trend xəbər
verir ki, “Çelsi” argentinalı vingerin keçidini yekunlaşdırıb. Bu
barədə insayder Fabrtisio Romano məlumat yayıb.




London klubu 22 yaşlı ön xətt oyunçusu üçün “qırmızı şeytanlar”a
40+10 milyon funt-sterlinq təzminat ödəyəcək. Argentina millisinin
üzvü “Çelsi” ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə
imzalanıb.

Qeyd edək ki, Alexandro Qarnaço ötən mövsüm “Mançester
Yunayted”in heyətində meydana çıxdığı 58 rəsmi matçda 10 qol və 10
məhsuldar ötürmə ilə yadda qalıb.