Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

Baş səhifə

Bakı. Trend:

28 avqust tarixindən etibarən 2025/2026-cı tədris ili üçün peşə
təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi
ustalarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start
verilib.

Trend
xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi




Bildirilib ki, test imtahanı mərhələsində iştirak edən 1920
namizəddən 754 nəfəri müsahibə mərhələsinə keçid hüququ əldə edib.
Müsahibələr Bakı, Bərdə, Cəlilabad, Qəbələ və Naxçıvan şəhərlərində
yerləşən müvafiq peşə təhsili müəssisələrində təşkil
edilməkdədir.

Qeyd edək ki, ixtisas fənn müəllimi və istehsalat təlimi
ustalarının işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə
40 və daha çox bal toplayan namizədlər müsahibədə iştirak etmək
hüququ qazanıblar. Namizədlərə müsahibə nəticələri haqqında məlumat
şəxsi kabinet vasitəsilə veriləcək.