Azərbaycan boksçuları Çində 4 medal qazanıblar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində
təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq
turnirinə qatılıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən
məlumata görə, yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin
iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.




Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi
olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər
Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və
Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam
etdirir. Millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.