Dövlət əmlakı olan 270 nəqliyyat vasitəsi və texnika növbəti hərraclara çıxarıldı

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən sentyabrın 16, 23 və 30-da keçiriləcək hərraclara 270
nəqliyyat vasitəsi və texnika çıxarılıb.

Trend Əmlak
Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, sentyabrın
16-da keçiriləcək hərraca 6 lot üzrə 157 nəqliyyat vasitəsi,
sentyabrın 23-də keçiriləcək hərraca 31 lot üzrə 58 nəqliyyat
vasitəsi, sentyabrın 30-da keçiriləcək hərraca isə 7 lot üzrə 55
nəqliyyat vasitəsi və texnika çıxarılıb.




Avtomobil və texnikaların buraxılış tarixləri 1974-2013-cü
illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri
Dövlət Xidmətinin rəsmi saytı
vasitəsilə tanış olmaq
mümkündür.