Türkiyə ilə Suriya arasında avtomobil yolu ilə yükdaşımalar bərpa olunub

Baş səhifə

Bakı. Trend:

On üç illik fasilədən sonra Türkiyə ilə Suriya arasında
avtomobil yolu ilə birbaşa yükdaşımalar bərpa edilib.

Trend xəbər
verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri
Abdulkadir Uraloğlu bildirib.




O, dünən 4 yük maşınının Mersindən Hələbə, 3 yük maşınının isə
İdlibdən Mersinə getmək üçün Cilvegözü sərhəd-keçid məntəqəsindən
keçdiyini deyib.

Nazir bildirib ki, bu ölkədə 2024-cü ilin dekabrında baş verən
hadisələrdən sonra yükdaşımalara yenidən start verilib və bu il
iyunun 27-29-da İstanbulda keçirilən Qlobal Nəqliyyat Dəhlizləri
Forumunda Suriya ilə Türkiyə arasında avtomobil yükdaşımaları ilə
bağlı Anlaşma Memorandumu imzalanıb.