Azərbaycan boksçuları Çində medallar qazandılar

Baş səhifə

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin üzvləri Çində keçirilən “Kəmər və Yol” beynəlxalq turnirində 4 medal qazanıblar.

Bu barədə Metbuataz-a Boks Federasiyasından məlumat verilib.

Yığma Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışda uğurlu çıxış edib.

Haqverdi Həsənov (63 kq) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Milli sentyabrın 1-də Bakıya qayıdacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir