
Bakı. Trend:
Tramp Administrasiyası qarşıdan gələn BMT Baş Assambleyası
ərəfəsində Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin
Muxtariyyətinin (PA) üzvlərinə viza verməkdən imtina edəcəyini və
mövcud vizaları rədd edəcəyini elan edib.
Trend-in Dövlət
Departamentinə istinadən verdiyi məlumata görə, hər iki təşkilatın
öhdəliklərini yerinə yetirməməsi və sülh perspektivlərini
sarsıtması səbəbindən onların məsuliyyətə cəlb edilməsi ABŞ-nin
milli təhlükəsizlik maraqlarına uyğun hesab olunur.
Qeyd olunur ki, onları sülhün tərəfdaşı kimi qəbul etmək üçün
Fələstin Muxtariyyəti və Fələstin Təhlükəsizlik Təşkilatı
terrorizmi, o cümlədən, 7 oktyabr hücumunu açıq şəkildə
pisləməlidir.
Bəyanatda vurğulanır ki, Fələstin Muxtariyyəti beynəlxalq hüquq
kampaniyalarına müraciətləri və Fələstin dövlətinin birtərəfli
tanınmasına yönələn səyləri dayandırmalıdır. Çünki bu addımlar
danışıqlardan yayınmaq cəhdi kimi dəyərləndirilir və nəticə
etibarilə HƏMAS-ın girovları azad etməməsinə, həmçinin Qəzza
zolağında atəşkəs danışıqlarının pozulmasına gətirib çıxarır.
Məlumatda qeyd edilir ki, Fələstinin BMT-dəki missiyasına BMT
Baş Qərargah Sazişinə uyğun şəkildə güzəştlər tətbiq olunacaq.
“Hər iki təşkilat öz öhdəliklərini yerinə yetirərsə və İsrail
ilə konstruktiv, dinc yanaşı yaşama yoluna qayıtmaq üçün konkret
addımlar atarsa, ABŞ qanunlarına uyğun olaraq yenidən əlaqəyə açıq
olacaq”, – deyə qeyd olunur.