Ərdoğan Türkiyənin Qəzzaya müdaxilə etməsinə razılıq verdi

Baş səhifə

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzaya havadan yardım edilməsinə razılıq verib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində İsrailin Qəzzaya hücumları ilə bağlı keçirilən növbədənkənar iclasında deyib. O bildirib ki, Qəzzaya yardımlarla bağlı işlər İordaniyanın icazəsindən sonra başlayacaq. Hakan Fidan bəyan edib ki, İsrailin Fələstinə, xüsusilə də Qəzzaya hücumlarını davam etdirməsinə icazə verilərsə, bu, təkcə fələstinlilərə təsir etməyəcək, həm də bütün bölgədə gərginliyə səbəb olacaq.

Türkiyənin humanitar yardımlar və iki dövlətli həll vizyonu istiqamətində işlərini davam etdirdiyini bildirən Fidan, “İsrailin zülmünü beynəlxalq gündəmdə hər zaman ön planda tutmuşuq. Atdığımız qətiyyətli addımlar millətimizdən aldığımız gücə əsaslanır” – deyə bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir