
Bakı. Trend:
Niderlandlı futbolçu Xavi Simonsun yeni klubu müəyyən
olunub.
Trend-in
məlumatına görə, 22 yaşlı oyunçu “Tottenhem”ə transfer olunub.
“Leypsiq”dən ayrılmaq istəyən Simonsla Avropanın bir çox
komandaları maraqlanırdı. Nəticədə “Tottenhem” alman klubunun tələb
etdiyi 60 milyon avro təzminatı ödəyərək razılığa gəlib. Xavi ilə
2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Xavi Simons ötən mövsüm 33 oyunda 11 qol vurmuş və
8 məhsuldar ötürmə edib.