
Bakı. Trend:
Çin ABŞ-nin kənd yerlərində mövcud internet səviyyələrindən
potensial olaraq sürəti 5000 dəfə artıraraq, bütün tezliklərdə
yüksək sürətli internet ötürməyə qadir olan dünyanın ilk
“universal” 6G çipini təqdim edib.
Trend-in
məlumatına görə, bu barədə “South China Morning Post” qəzeti xəbər
verib.
Məlumata əsasən, belə bir çiplə 50 giqabaytlıq filmin 8K
ölçüsündə ötürülməsi “bir neçə saniyə ərzində” tamamlana bilər.
“6G hazırlanması ilə bağlı problemlərin həllinə çox ehtiyac
var”, – deyə Pekin Universitetinin professoru Van Sitzyun
bildirib.
O əlavə edib ki, 6G çipləri olan cihazlara artan tələbat
səbəbindən yeni nəsil şəbəkələr müxtəlif tezlik diapazonlarından
istifadə etməlidir.