Kriştiano Ronaldo karyerasında 940-cı qolunu vurub

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı
hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 940-cı qolunu
vurub.

Trend-in
məlumatına görə, avqustun 29-da “Əl-Nasr” klubu Səudiyyə Ərəbistanı
çempionatının ilk turunda “Əl-Taavun”u məğlub edib, oyun 5:0 hesabı
ilə başa çatıb. 40 yaşlı forvard penaltidən fərqlənərək 940-cı
qolunu vurub.




Ümumilikdə Ronaldo “Real Madrid”də 450, “Mançester Yunayted”də
145, “Yuventus”da 101, “Əl-Nəsr”də isə 101 qol vurub. Portuqaliyalı
futbolçu “Sportinq Lissabon”un və Portuqaliya millisinin heyətində
qalan qolları vurub.