
Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bildirib ki, Varşava Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərinin təmin edilməsində “açar rol” oynayacaq.
APA “RMF FM”ə istinadən xəbər verir ki, o, bu fikri cümə günü Kopenhagendə Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra səsləndirib.
Zalevski həmçinin Polşa hakimiyyətinin mövqeyini təkrarlayaraq vurğulayıb ki, Rusiya və Belarusla sərhədlərdəki ciddi təhdidlər səbəbindən Polşa öz qoşunlarını Ukraynaya göndərməyəcək.