32 ildən sonra Bakıdan Ağdama qatar getdi – FOTOLAR

Baş səhifə

32 ildən sonra Bakıdan ilk dəfə Ağdama qatar yola düşüb. 

Modern.az saytı xəbər verir ki, bu gün – avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilib.

Səfər “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

Səfərdə Ağdamdan olan bir sıra tanınmış ictimaiyyət nümayəndələri və jurnalistlər də iştirak edir.

Xatırladaq ki, Ağdama sonuncu qatar işğaldan öncə – 1993-cü ildə yola düşüb.  

Ağdama yola düşən sərnişin qatarının fotolarını təqdim edirik: