
Bakı. Trend:
2025-ci ildə meşə yanğınları Avropa İttifaqında milyon hektardan
çox ərazini məhv edib. Bu, 2006-cı ildən indiyədək ən yüksək
göstəricidir.
Trend-in
məlumatına görə, statistikanı Avropada Meşə Yanğınları üzrə
İnformasiya Sistemi (EFFIS) yayıb. Qeyd olunur ki, cari ildə 1 028
000 hektar ərazi yanıb. Yanğınlardan ən çox Portuqaliya və İspaniya
zərər görüb.
Meşə yanğınları nəticəsində Avropada atmosferə 38 milyon tondan
çox karbon qazı buraxılıb.