
Bakı. Trend:
Premyer Liqada 3-cü tur davam edir.
Trend xəbər
verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək.
Əvvəlcə “Zirə” öz meydanında “Kəpəz”i qəbul edəcək. Hazırda
paytaxt təmsilçisi 4 xalla 5-ci pillədə qərarlaşıb. Komanda bu gün
qələbə qazansa, lider “Sumqayıt”la xallarını bərabərləşdirək. İlk
iki matçda uduzan “Kəpəz” isə hələlik xala həsrətdir.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul
edəcək. Elmar Baxşıyevin komandasının da 2 turdan sonra 4 xalı var
və bu gün kollektiv növbəti qələbəsini qazanacağı halda zirvəyə
şərik olacaq. 2 turdan sonra aktivində 1 xal olan “Qəbələ” isə 9-cu
pillədə qərarlaşıb.
30 avqust (şənbə)
18:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural
Qurbanov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Zirə İK stadionu
20:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli
Əliyev
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
“Liv Bona Dea Arena”
31 avqust (bazar)
17:00. “Karvan” – “Qarabağ”
Şamaxı şəhər stadionu
19:30. “Sabah” – “İmişli”
“Bank Respublika Arena”
29 avqust (cümə)
“Neftçi” – “Turan Tovuz” – 0:1
“Sumqayıt” – “Şamaxı” – 1:1