Ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin istismarı yolverilməzdir – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməməsi və
atmosferə normadan artıq zərərli tullantılar buraxması insanların
sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında
deyilir.




“Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX
bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilən
nəzarət-profilaktik tədbirlər zamanı texniki cəhətdən nasaz və
ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri müəyyən
edilərək hərəkətdən kənarlaşdırılır, sürücüləri isə inzibati
məsuliyyətə cəlb edilir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək,
idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə
diqqətlə yanaşmağı, onların ekoloji tələblərə cavab verməsinə
xüsusi önəm verməyi və yol hərəkəti təhlükəsizliyini hər zaman ön
planda saxlamağı tövsiyə edir”, – məlumatda deyilir.