
Bakı. Trend:
Portuqaliya millisinin DÇ-2026-nın seçmə mərhələsində Ermənistan
və Macarıstanla oyunlar üçün heyəti açıqlanıb.
Trend xəbər
verir ki, yığmanın heyətinə “Əl-Nəsr”in 40 yaşlı məşhur hücumçusu
Kriştiano Ronaldo da daxil edilib.
A Seriyasının ilk turunda zədələnən “Milan” oyunçusu Rafael Leau
iştirak ərizəsindən kənarda qalıb.
Portuqaliya millisinin heyəti:
Qapıçılar: Dioqo Kosta (“Portu”), Rui Silva (“Sportinq”), Xose
Sa (“Vulverhempton”);
Müdafiəçilər: Dioqo Dalot (“Mançester Yunayted”), Joao Kanselo
(“Əl Hilal”), Ruben Dias (“Mançester Siti”), Renato Veyqa
(“Vilyarreal”), Antonio Silva (“Benfika”), Nuno Mendeş (PSJ),
Qonsalo İnasio (“Sportinq”);
Yarımmüdafiəçilər: Joao Palinya (“Tottenhem”), Joao Neves,
Vitinya (hər ikisi PSJ), Ruben Neves (“Əl-Hilal”), Bruno Fernandeş
(“Mançester Yunayted”), Bernardo Silva (“Mançester Siti”);
Hücumçular: Kriştiano Ronaldo (“Əl-Nəsr”), Pedro Neto (“Çelsi”),
Fransisko Trinkao (“Sportinq”), Fransisko Konseysao (“Yuventus”),
Qonkalo Ramos (PSJ), Pedro Qonçalve (“Sportinq”), Joao Feliks
(“Əl-Nəsr”).
Xatırladaq ki, Roberto Martinezin komandası DÇ-2026-nın seçmə
mərhələsi çərçivəsində Ermənistan (6 sentyabr) və Macarıstan (9
sentyabr) ilə qarşılaşacaq. Hər iki görüş səfərdə olacaq.