
Bakı. Trend:
Lerikdə meşə massivində çətənə kolları yetişdirən şəxs
tutulub.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası
ilə məşğul olan 43 yaşlı Sərdar Baxşıyev saxlanılıb.
Onun yaşadığı Lərmərud kəndindəki meşə massivində xüsusi qulluq
göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi və həyətindəki
yarımtikilidən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs
qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.