Azərbaycan “ŞƏT ailəsi”nin mühüm üzvüdür – Çin səfiri

Baş səhifə

Bakı. Trend:

Azərbaycan “ŞƏT ailəsi”nin mühüm üzvüdür.

Trend-in
məlumata görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey avqustun
31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək ŞƏT-in
sammiti ilə bağlı açıqlamasında deyib.

“Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu
alıb və “ŞƏT ailəsi”nin mühüm üzvüdür. Çin və Azərbaycan ŞƏT
çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan ŞƏT-in sədri kimi
Çinin işinə güclü dəstək verib və yüksək səviyyəli nümayəndələrini
ŞƏT Siyasi Partiyalar Forumunda, ŞƏT-in Enerji Nazirlərinin
Forumunda, ŞƏT-in Yaşıllar Forumunda, ŞƏT-in Xarici İşlər Nazirləri
Forumunda, ŞƏT-in Xalqlar Forumunda iştirak etmək üçün göndərib”, –
deyə o bildirib.

Bundan əlavə, diplomat Çin və Azərbaycanın Dünya Antifaşist
Müharibəsində Qələbəyə silinməz tarixi töhfələr verdiyini
vurğulayıb.

“Hər iki ölkə çoxtərəfliliyi, beynəlxalq bərabərliyi və ədaləti
qoruyan əsas qüvvədir. Faktlar sübut edir ki, beynəlxalq vəziyyət
nə qədər təlatümlü olarsa, Çin və Azərbaycan bir o qədər həmrəylik
və əməkdaşlığı gücləndirməli, bərabərlik, qarşılıqlı fayda və
əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlər modelini birgə
qurmalı, dünyaya daha çox sabitlik və müsbət enerji gətirməlidir”,
– o əlavə edib.

Onun sözlərinə görə, Çin dövlət başçılarının əldə etdiyi mühüm
razılaşmaların həyata keçirilməsi üçün Azərbaycanla birgə səylər
göstərməyə hazırdır.

“Biz daha böyük nəticələrə nail olmaq üçün iki tərəf arasında
qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməyə və beynəlxalq
bərabərliyin və ədalətin qorunmasına, dünyada sülhün və inkişafın
təşviqinə daha çox Çin-Azərbaycan töhfələrini verməyə hazırıq”, –
Lu Mey qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir