Abşeron yarımadasında çimərliklərin sayı artırılacaq

Baş səhifə

Bakı. Trend:

Abşeron yarımadasında çimərliklərin sayı artırılacaq.

Trend xəbər
verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə
Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyov təmsil etdiyi
qurumun Şüvəlan qəsəbəsindəki çimərliklərə təşkil olunan mediatur
zamanı deyib.




“Abşeron yarımadasında istifadəyə verilən yeni ictimai
çimərliklər bir pilot layihədir. Xidmətlərin 99%-i
ödənişsizdir.

Sahibkarlara şərait yaradacağıq ki, burada xidmətlərini göstərə
bilsinlər. Gələcəkdə çimərlik ərazilərinə daha yeni ərazilərin
əlavə edilməsini planlaşdırırıq”, – deyə sədr qeyd edib.