Ermənistanda sərhədyanı yolun yenidənqurulması məqsədilə partlayış həyata keçiriləcək

Baş səhifə

Avqustun 30-da saat 11:00-dan 15:00-dək Sünik vilayətində Şvanidzor–Nrnadzor–Ermənistan sərhədi yolunda partlayış işləri aparılacaq.

APA xəbər verir ki, bu barədə Ermənistanın “Yol departamenti” fondu məlumat yayıb.

Bildirilib ki, partlayışlar yolun yenidənqurma işləri ilə bağlıdır.

Yaxınlıqdakı kəndlərin sakinlərinə narahat olmamaqları tövsiyə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir