Trend nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində böyük nüfuza malikdir – Faiq Sücəddinov

Baş səhifə

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni –
yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya
və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı
və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Azərbaycanın Xalq artisti, bəstəkar Faiq
Sücəddinov
Trend-in 30 illiyi ilə bağlı fikirlərini
bölüşüb.




O qeyd edib ki, Trend nəinki Azərbaycanda, dünyanın bir çox
ölkəsində böyük nüfuza malikdir.

“Trend Beynəlxalq İnformasiya Agentliyi nəinki Azərbaycanda, həm
də dünyanın bir çox ölkələrində nüfuz qazanmış media qurumudur.
Trend Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırımasında
müstəsna rol oynayan agentlikdir. Trend-in bir neçə dildə
yayımladığı xəbərlər ölkəmizin ictimai-siyasi gündəmini, iqtisadi,
sosial, mədəni hadisələrini həm Azərbaycan oxucularına, həm də
beynəlxalq auditoriyaya çatdırır.

Operativlik, obyektiv yanaşma, dərin məzmunlu təhlillər Trend-in
oxucu auditoriyasını durmadan genişləndirir. Trend İnformasiya
Agentliyi müstəqilliyimizin ilk illərindən – 1995-ci ildən
fəaliyyət göstərir və bu illər ərzində böyük və şərəfli yol qət
edib. Ötən 30 ilə nəzər yetirdikdə dövlətə, xalqa, cəmiyyətə
şərəflə xidmət, peşəkar və əzmkar yanaşma görünür. Bu yubiley
münasibəti ilə Agentliyin kollektivini səmimi qəlbdən təbrik edir,
yeni uğurlar arzulayıram. 30 yaşınız mübarək!”, – o
yekunlaşdırıb.