Bakıda oğurluq edənlər saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Bakının Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ədəd
velosiped oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat
veriblər.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Nəsimi RPİ-nin 20-ci Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri ilə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuşlar – 27 yaşlı A.Abdullayev və 37 yaşlı R.Şirinov
saxlanılıblar.




İdarənin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbir zamanı isə paytaxt sakininin 2350 manat pulunu oğurlamaqda
şübhəli bilinən 38 yaşlı S.Hüseynov da tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir