
Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb.
Naməlum şəxslər vətəndaşlara məxsus moped və mobil telefonları
oğurlayıblar.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 29 yaşlı H.Eminov və
26 yaşlı Ə.Abbasov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

