Bakıdan yola düşən qatar Ağdama ÇATDI 

Baş səhifə

32 ildən sonra ilk dəfə bu gün Bakıdan yola çıxan qatar Ağdama çatıb.

Modern.az xəbər verir ki, səfər “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə həyata keçirilib.

Qatarda Ağdamın bir sıra tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar yer alıb.

Xatırladaq ki, Ağdama sonuncu qatar işğaldan öncə 1993-cü ildə yola düşüb.
 

***

32 ildən sonra Bakıdan ilk dəfə Ağdama qatar yola düşüb. 

Modern.az saytı xəbər verir ki, bu gün – avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilib.

Səfər “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

Səfərdə Ağdamdan olan bir sıra tanınmış ictimaiyyət nümayəndələri və jurnalistlər də iştirak edir.

Xatırladaq ki, Ağdama sonuncu qatar işğaldan öncə – 1993-cü ildə yola düşüb.  

Ağdama yola düşən sərnişin qatarının fotolarını təqdim edirik: