Bakıda taksi şirkətindən pul oğurlandı

Baş səhifə

Bakıda pul, qızıl və kompüter avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, paytaxt ərazisində talama cinayətləri qeydə alınıb. Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat, Nərimanov və Sabunçu rayonlarında isə ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqları oğurlanıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar – 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir