Rusiyadan Azərbaycana gələnlərin sayı 14% azalıb

Baş səhifə

Bakı. Trend:

Rusiyadan Azərbaycana gələnlərin sayında 12-14% arasında azalma
var.

Trend xəbər
verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan
Quluzadə təmsil etdiyi qurumun Şüvəlan qəsəbəsindəki çimərliklərə
təşkil etdiyi mediatur zamanı deyib.




O bildirib ki, eyni zamanda, Hindistandan da Azərbaycana səfər
edənlərin sayında eyni həcmdə azalma qeydə alınıb. Sədr müşaviri
vurğulayıb ki, bu da regionda gedən geosiyasi proseslərlə
bağlıdır.

“Turizm çox həssas bir sahədir. Belə bir məsələlərdə turizm ən
çox əziyyət çəkən sahələrdəndir. Amma bununla yanaşı, turizm ən tez
bərpa olunan bir sektordur”, – deyə K.Quluzadə qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir