“Beşiktaş” yeni baş məşqçisini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi bəlli
olub.

Trend klubun
rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu Sərgən
Yalçınla anlaşıb.

Onunla iki illik müqavilə imzalanıb.




Təcrübəli mütəxəssis bu vəzifədə istefaya göndərilən Ule-Qunnar
Sulşeri əvəzləyib.

Qeyd edək ki, Sərgən Yalçın daha əvvəl 2020-2021-ci illər
mövsümündə “Beşiktaş”ın baş məşqçisi olub, komandaya Türkiyə
çempionluğunu və ölkə kubokunu qazandırıb.