Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayı yenidən artırılıb

Baş səhifə

Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayı yenidən artırılıb.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişlərin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.

Hazırda Naxçıvan-Bakı avtobus marşrutunun hərəkət qrafikinə daha bir reys əlavə olunaraq reyslərin sayı 5-dən 6-ya çatdırılıb. Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə ”biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir