Naxçıvan-Bakı avtobus reyslərinin sayı artırılıb

Baş səhifə

Bakı. Trend:

Naxçıvan-Bakı marşrutu üzrə avtobus reyslərinin sayı
artırılıb

Trend-in
məlumatına görə, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan
Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq
Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən
artırıb.




Hazırda marşrutun hərəkət qrafikinə əlavə olunan yeni reyslə
ümumi reyslərin sayı 5-dən 6-ya çatdırılıb.

Bildirilib ki, vətəndaşlar əlavə olunmuş reyslər barədə ətraflı
məlumatı Naxçıvan ərazisində fəaliyyət göstərən avtovağzallardan,
eləcə də onlayn şəkildə “biletim.az” platforması vasitəsilə əldə
edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir