
Bakı. Trend:
Sentyabr ayı yay fəslinin sonu payız fəslinin başladığı ay kimi
xarakterizə olunur. Bunula əlaqədar olaraq ay ərzində həm isti, həm
də soyuq dövrə aid olan sinoptik proseslər müşahidə olunur.
Bu barədə Trend-ə Milli Hidrometerologiya Xidmətindən məlumat
verilib.
Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim
normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı
gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı
ehtimal olunur.
Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər
rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu
19-24 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərdə 33-35 dərəcə
isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın olacağı gözlənilir (norma 12-23 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında havanın orta aylıq temperaturu 22-25 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə
yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər
26-31 dərəcə, bəzi günlərdə 34-39 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
gözlənilir (norma 7-13 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun
16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə, gündüzlər 21-26
dərəcə, bəzi günlərdə 29-32 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir
(norma 34-50 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr
havanın temperaturu 12-17 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi
günlərdə 27-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37
mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli
rayonlarında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə
yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər
24-29 dərəcə, bəzi günlərində 33-35 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
gözlənilir (norma 17-44 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 19-23 dərəcə isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.
Gecələr havanın temperaturu 15-20 dərəcə, gündüzlər 22-27 dərəcə,
bəzi günlərdə 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüzlər
16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının
iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-120 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,
Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan,
Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-25
dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə,
gündüzlər 25-30 dərəcə, bəzi günlərdə 33-38 dərəcə isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
olacağı gözlənilir (norma 14-38 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad
rayonlarında havanın orta aylıq temperaturunun 19-23 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə
yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər
24-29 dərəcə, bəzi günlərdə 33 dərəcəyədək isti, dağlardagecə 15-19
dərəcə, gündüzlər 22-27 dərəcə isti gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199
mm).