
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Zəfər Bayramı münasibətilə
Türkiyə xalqını və dövlətini təbrik edib. Azərbaycan parlamentinin
spikeri bununla bağlı özünün sosial şəbəkə hesablarında paylaşım
edib.
Trend xəbər
verir ki, paylaşımda deyilir:
“Qurtuluş savaşında qazandığı zəfər Türkiyənin zəngin
dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri kimi qardaş
Türkiyə xalqının milli birliyini və mübarizə əzmini nümayiş
etdirmişdir”.
Spiker Sahibə Qafarova bayram münasibətilə qardaş Türkiyə
xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.