
Bakı. Trend:
Bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə
institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları)
emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların
sayı 78,093 milyon ədəd, əməliyyatların həcmi isə 5,162 milyard
manat olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə
“MasterCard” kartları ilə əməliyyatların sayı 17,9 milyon ədəd və
ya 30%, əməliyyatların həcmi isə 526,9 milyon manat, yaxud da 11,4%
artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə
institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə
əməliyyatların sayı 483,7 min ədəd, əməliyyatların həcmi isə 48,8
milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi
“MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 53,8 min ədəd
və ya 10% azalıb, əməliyyatların həcmi isə 9,6 milyon manat, yaxud
da 16,7% azalıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi
ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,
ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli
banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata
keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs
olunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş
kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici
ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları
tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə
Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi
məbləğini (həcmini) göstərir.