Nağdsız ödənişlərdə artım: BKM üzərindən əməliyyatlar 3,6 milyard manata çatdı

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi
(BKM) vasitəsilə 75,284 milyon ədəd həcmdə 3,589 milyard manat emal
olunmuş ödəniş əməliyyatları aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm
ifadəsində 19,5 milyon ədəd və ya 34,9%, məbləğ baxımından isə 874
milyon manat və ya 32,2% çoxdur.




Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) – bank kartları
ilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını,
yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və
yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə
infrastrukturudur.

Sadə dillə desək, BKM bir növ “körpü” rolunu oynayır – fərqli
bankların kartları ilə edilən ödənişlərin bir-birinə düzgün
çatmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir