BKM üzərindən ödəniş əməliyyatlarının həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi
(BKM) vasitəsilə 27,9 min ədəd həcmdə 7,4 milyon ABŞ dolları
məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm
ifadəsində 2,7 min ədəd və ya 10,7%, məbləğ baxımından isə 1,2
milyon ABŞ dolları və ya 19,3% artım deməkdir.




Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) – bank kartları
ilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını,
yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və
yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə
infrastrukturudur.

Sadə dillə desək, BKM bir növ “körpü” rolunu oynayır – fərqli
bankların kartları ilə edilən ödənişlərin bir-birinə düzgün
çatmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir