
Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi
(BKM) vasitəsilə 17 min ədəd həcmdə 2,3 milyon avro emal olunmuş
ödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm
ifadəsində 3,5 min ədəd və ya 25,9%, məbləğ baxımından isə 0,4
milyon avro və ya 21% çoxdur.
Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) – bank kartları
ilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını,
yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və
yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə
infrastrukturudur.
Sadə dillə desək, BKM bir növ “körpü” rolunu oynayır – fərqli
bankların kartları ilə edilən ödənişlərin bir-birinə düzgün
çatmasını təmin edir.

