Naxçıvan-Bakı marşrutunda reyslərin sayı artırıldı

Baş səhifə

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.

Modern.az xəbər verir ki, Naxçıvan-Bakı avtobus marşrutunda reyslərin sayı 5-dən 6-ya çatdırılıb. Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə “biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir