
Bakı. Trend:
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Gənclər və
İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı əsasında 2-3 sentyabr
tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan
çempionatı keçiriləcək.
Trend xəbər
verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman
Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan
100-dən artıq idmançı mübarizə aparacaq.
Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak
növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda
güclərini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında
baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır.
Həmçinin, bu turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında
iştirak edəcəklər.

